Qızıl alarkən ehtiyyatlı olun: bazarda saxta qızıllar satılır

0
213
Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti tərəfindən “Qiymətli metallar və qiymətli daşlar haqqında” Qanununun tələblərinə əməl edilməsinə riayət edilməsi məqsədilə 2014-cü ildə 15 sahibkarlıq fəaliyyəti subyektində “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanuna əsasən yoxlama aparılıb. 
Aparılan yoxlamalar nəticəsində sahibkarlıq subyektlərindən ekspertiza, analiz, əyarlanma və damğalanma məqsədilə 2014-cü ildə 5 min 816 ədəd məmulatın Dövlət Xidmətinə gətirilməsi təmin edilib. Onların üzərində mənşəyi məlum olmayan ad və əyar damğa izləri aşkar edilib, bu izlər təmizlənıb və məmulat müvafiq əyarlara uyğun dövlət əyar damğası ilə damğalanıb.

Yol verilmiş nöqsanlarla əlaqədar qanun pozuntusu aşkar edilən sahibkarlar barədə inzibati xətalar üzrə inzibati tənbehin tətbiq edilməsi haqqında qərar çıxarılıb və ümumilikdə 18 min manat məbləğində inzibati cərimə ödənilib.

Maliyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Dövlət Xidməti tərəfindən 2014-cü ildə sahibkarlar tərəfindən edilən müraciətlərə əsasən 150 xüsusi razılıq (lisenziya) verilib. Onlardan 14-ü qiymətli metalların və qiymətli daşların emalı və istifadəsi, 135-i dövriyyəsi, 1-i istehsalı və 14-ü xüsusi razılığın (lisenziyanın) surətini təşkil edib, 13 lisenziyanın fəaliyyəti dayandırılıb, 6 lisenziya ləğv edilib, 78,6 min manat məbləğində dövlət rüsumu ödənilib.

Dövlət Xidmətinə ekspertiza, analiz, əyarlanma və damğalanmaq üçün daxil olmuş qiymətli metallardan hazırlanan zərgərlik və digər məişət məmulatlarına görə 2014-cü ildə 1 milyon 217 min manat dövlət rüsumu ödənilib. Ümumilikdə Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti tərəfindən 2014-cü il ərzində 1,3 milyon manat vəsaitinin dövlət büdcəsinə ödənilməsi təmin edilib. Maliyyə Nazirliyinin məlumatında qeyd olunur ki, il ərzində Xidmət tərəfindən Azərbaycan Respublikasının “Qiymətli metallar və qiymətli daşlar haqqında” Qanununun tələblərinə əməl edilməsinə nəzarət etmək məqsədi ilə sahibkarlıq fəaliyyəti subyektlərində nəzarət tədbirləri ilə yanaşı, müvafiq qanunvericilik aktlarının izahı ilə bağlı sahibakarlıq fəaliyyəti subyektlərinə mütəmadi olaraq izahat və xəbərdarlıq məktubları göndərilib, hüquq və vəzifələrinin izahı ilə bağlı zona müşavirələri keçirilib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here