Qırğızıstan Avrasiya İqtisadi İttifaqının baş ağrısına çevriləcək

0
498
Bir neçə gün bundan əvvəl  Qırğızıstanın Avrasiya İqtisadi İttifaqına qoşulması ilə bağlı imzalanan anlaşma yalnız gələn ilin may ayında qüvvəyə minəcək.
 Buna səbəb isə Qırğızıstanla Avrasiya İqtisadi İttifaqı arasında olan fikir ayrılıqlarıdır. Bununla bağlı məsələyə münasibət bildirən Rusiya prezidenti Vladimir Putinin köməkçisi Yuri Uşakov:  “2015-ci il yanvar ayının 1-dən Avrasiya İqtisadi İttifaqı fəaliyyətə başlyacaq.  Postsovet məkanında ən böyük iqtisadi ittifaq olan bu qurum 170 milyondan yuxarı insanı əhatə edəcək. Konkret olaraq Qırğızıstana gəlincə, bununla bağlı məsələ ətrafında ekspertlər hazırda işi davam etdirirlər. Bununla belə Qırğızıstan gələn il mayın 1-nə kimi quruma tam hüquqlu üzvü ola bilməyəcək”,-deyib.

Qırğızıstanın Avrasiya İqtisadi İttifaqına üzv olması Qərbdə də özünəməxsus şəkildə əks-səda verib. Belə ki, tanınmış ekspert Benyamin Tribe “Neue Zuercher Zeitung” qəzetində yazıb ki, Qırğızıstanın Avrasiya İqtisadi İttifaqına üzv olması Rusiyanın özünün cənub sərhədlərini yenidən Əfqanıstana  kimi genişləndirməsi anlamına gəlir. Bununla bağlı qəzet ötən gün Qırğızıstanın Avrasiya İqtisadi İttifaqına üzv olması barədə sənədi imzalayan prezident Almazbek Atambayevin sözlərindən sitat gətirib: “Qırğızıstan iki ən xoşagəlməz seçimdən nisbətən yaxşısını seçməyə məcbur oldu”.  Məqalənin müəllifi Benyamin Tribe yazır ki, Qırğızıstanın Avrasiya İqtisadi İttifaqına üzv olması quruma çoxsaylı problemlər gətirəcək. Belə ki, 5,5 milyon nəfər əhalisi olan Qırğızıstanın Moskva tərəfindən rəhbərik edilən Avrasiya İqtisadi İttifaqına üzv olması Bişkeki digər ölkələrdən gətirilən müxtəlf təyinatlı mallara yüksək gömrük haqqı qoynmağa məcbur edəcək.  Bu isə Qırğızıstanda yeni işsizlik dalğasına, əhalinin maddi rifahının aşağ düşməsinə bir çox ticarət obyeklyərinin, kiçik müəssisələrin bağlanmasına səbəb olaraq əhali arasında narazılığın artmasına yol açacaq. Ona görə də hazırda Qırğızıstan ölkəyə yaxın və uzaq xaricdən gətirilən 300-dən artıq müxtəlif təyinatlı məhsula yüksək gömrük haqqlarının qoyulmamasını və bu məsələdə qarşı tərəfin güzəştə getməsini istəyir. Moskva isə bunu istəmir və bu səbəbdən də Qırğızıstan Avrasiya İqtisadi İttifaqına üzv qəbul edilsə də, onun buranın tam hüquqlun üzvü kimi fəaliyyət göstərməsi gələn ilin may ayına kimi təxirə salınıb. Digər tərəfdən də hazırda Qırğızıstanın xarici ticarətinin 30-35 faizi Çinin payına düşür. Qırğızıstanın adı çəkilən ittifaqa üzv olması və onun daxilində fəaliyyət göstərən iqtisadi qanunlara tabe olması isə Çinlə ticari əlaqələrə böyük zərbə vuraraq ölkə daxilində qiymətlərin qalxmasına və işsizliyin artmasına , istehsalın azalmasına  səbəb olacaq. Rusiyanın Qırğızıstanın iqtisadi sahədə üzləşdiyi problemlərini həll edə biləcəyi isə bir o qədər də inandıricı görünmür. Belə ki, hazırda Qərbin iqtisadi sanksiyaları nətcəsində Rusiya ən ağır dövrlərindən birini yaşayır. Belə davam edəcəyi təqdirdə yaxın aylarda Rusiyanı hansısa ciddi iqtisadi təhlükələrin gözləməsi qaçılmaz olacaq.  Ona görə də Rusiya prezidenti Avrasiya İqtisadi İttifaqına üzv olandan sonra Qırğızıstan iqtisadiyyatına milyard dollardan artıq sərmayə qoyacağı vədini çətin ki, yerinə yetirə bilsin. Belə başa düşmək olar ki Qırğızıstanın Avrasiya İqtisadi İttifaqına izvlüyü quruma üzv ölklərə ancaq başağrısı və əlavə problemlər gətirəcək.  Qırğızıstanın sadəcə olaraq Avrasiya İqtisadi İttifaqına üzv olması Rusiyaya buradakı hərbi varlığını qoruyub saxlaması və orada dahada möhkəmlənməsi üçün lazımdır.

 ƏZIZ MUSTAFA

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here