Minskdə Ukrayna probleminin həllində razılıq əldə edilmədi

0
496
Belarusun paytaxtı Minskdə Ukrayna böhranına son qoymaq üçün aparılan danışıqlar başa çatsa da, ciddi nailiyyət əldə olunmayıb. 
Növbəti danışıqların nə vaxt keçiriləcəyi isə hələ məlum deyil.  Bu barədə məlumatı  Ukrayna prezidnti mətbuat xidməti yayıb. Məlumatda deyilir ki, Ukrayna hökuməti nümayəndələrinin, rusyönümlü separatçıların, beynəlxalq müşahidəçilərin və Rusiyanın iştirak etdiyi toplantı əsasən qoşunların geri çəkilməsinə və humanitar yardıma yönəlib.Bu arada isə rusyönümlü  Donetsk və Luqansk separatçılarının nümayəndələri bəyan ediblər ki, tərəflər arasında əsirlərin dəyişdirilməsi barədə razılıq əldə edilib. Razılığa əsasən separatçıların əlində əsir olan 150 ukraynalı əsgər və zabit  qarşı tərəfdə əsir kimi saxlanılan 225 terrorçu-qiyamçı ilə dəyişdiriləcək.

Öz növbəsində Ukrayna Təhlükəsizlik Xidmətinin  rəsmi nümayəndəsi bununla bağlı hər hansı məlumata malik olmadığını söyləyib. O deyib ki, Ukrayna əvvəl də əsirlərin “hamının hamıya” prinsipi ilə dəyişməsinə razı olub, nacaq separatçılar son məqamda   müxtəlif bəhanələrlə əsirləri dəyişdirməkdən imtina ediblər.  Bununla belə Ukrayna müdafiə nazirinin müavini Vasili Budik əsirlərin dəyilməsinin şənbə günü baş tuta biləcəyini istisna etmədiyini söyləyib.  Ukrayna Müdafiə və Təhlükəsizlik Milli Şurası isə bəyan əedib ki, Ukraynaya qarşı döyüşlərdə iştirak etməyən separatçıların silahlı dəstələrində iştirak etməyənlərə amnistiya verilə bilər.

Qeyd edək ki, danışıqlar ərəfəsində Ukrayna parlamenti ölkəni NATO-ya yaxınlaşdıran növbəti addım atıb. Rusiyanın müdafiə nazirinin müavini Anatoli Antonov isə öz növbəsində NATO üzvlərini Ukraynanı Rusiya ilə birbaşa qarşıdurmaya salmaqda ittiham edib: “Bu yalnız vəziyyəti gərginləşdirə bilər. Alyansın genişlənmə siyasətinə görə, Ukrayna öz ərazisində münaqişəyə son qoymasa, onun NATO-ya qoşulması uzun illər çəkə bilər. Ona görə də NATO-nun Ukraynanı qəbul edəcəyi hələlik inandırıcı görünmür.” Xatırladaq ki, bu ilin sentyabrında Minskdə atəşkəs və mühüm sülh danışıqları aparılmışdı, lakin tərəflər buna əməl etməyiblər.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here