Bu kənddən gedənin kuklası hazırlanır

0
254
Yaponiyanın cənubunda yerləşən Naqora adlanan kənd artıq səssizliyə məhkum olub.
 Bir vaxtlar yüzlərlə ailənin yaşadığı kənddə bəziləri dünyasını dəyişib, bəziləri isə daha yaxşı həyat şərtləri olan bir yerə köçüblər. Lakin kənd sakinləri öz yurd-yuvalarını tərk etsələr də, geridə qalanlar onları unutmayıb. Belə ki, kənd sakinlərindən olan Ayano Tsukimi onların yoxluğunu hiss etdirməmək üçün əlindən gələni edir. O, kənddən gedənləri təmsil etmək məqsədilə onların kuklasını hazırlayır. Daha sonra hazırladığı kuklaları kəndin bütün hissələrinə yerləşdirməyə başlayır. Hazırda Naqorada cəmi 35 nəfər yaşamasına baxmayaraq, demək olar ki, kəndin hər yerində insan təmsilinə rast gəlmək mümkündür. “Associated Press” xəbər agentliyinin yayımladığı fotoşəkillərdə kəndin müxtəlif yerlərində insan kuklalarına rast gəlmək mümkündür. Tsukimi bu addımı kəndin varlığını qorumaq məqsədilə etdiyini bildirib: “Yanımdakı  kukla hər zaman mənimlə çay içməyə və söhbət etməyə gələn qonşumu təmsil edir. Bütün bunlar mənə keçmiş vaxtları xatırladır”. Tsukiminin fəaliyyətləri kəndin “Kuklalar kəndi” olaraq tanınmasına səbəb olub. Qeyd edək ki, Naqora kəndində əhali sayının azalmasına səbəb kimi doğum faizinin aşağı olması və yaşlılıq göstəricisinin yüksək olması göstərilir. 65 yaşlı Tsukimi kəndin ən gənc sakinidir.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here