Rusiyadan Bakıya gələn sərnişin qatarlarının hərəkəti dayandırılır

0
256
”Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin daşımaları Departamenti sərnişinlərin nəzərinə çatdırır ki, 16 dekabr 2014-cü ildən Şimal istiqamətdə hərəkət edən, “Rusiya Dəmir Yolları” ASC-yə məxsus bəzi sərnişin qataprlarının hərəkəti müvəqqəti olaraq dayandırılır.
 Belə ki, “Rusiya Dəmir Yolları” ASC-nin məlumatına əsasən 16 dekabr 2014-cü ildən etibarən “Rusiya Dəmir Yolları”na məxsus 392/391 saylı Rostov-Bakı, 18 dekabr 2014-cü ildən etibarən 374/373 saylı Tümen-Bakı, 20 dekabr 2014-cü ildən etibarən isə 96/95 saylı Moskva-Bakı sərnişin qatarlarının hərəkəti, iqtisadi cəhətdən səmərəli olmadığına görə dayandırılır. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin daşımaları Departamenti sərnişinlərin nəzərinə çatdırır ki, Tümen-Bakı sərnişin qatarının əvəzinə 14 dekabr 2014-cü ildən etibarən, 373-/374 saylı Tümen-Mahaçqala qatarı təyin olunacaqdır. Həmin qatara və Rusiya və MDB Dəmir Yolları ərazisində hərəkət edən digər sərnişin qatarlarına bilet satışı Bakı-sərnişin stansiyasının 2 saylı kassasından həyata keçiriləcəkdir. Sərnişinlərin nəzərinə o da çatdırılır ki, “Azərbaycan Dəmr Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus 55-56 saylı Bakı-Moskva sərnişin qatarı həftənin 4-cü günləri, Bakı-Xarkov sərnişin qatarı isə dörd gündən bir – cədvəl üzrə- hərəkətdə olacaqdır.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here