“Süni zəka insan soyunun sonunu gətirə bilər”

0
339

Gündəlik həyatın bir çox sahələrində köməyi dəysə də, texnologiyanın insanlara əks təsirləri də az deyil. Ömrünü kainatın sirlərini tapmağa həsr edən fizik-nəzəriyyəçi Stiven Hokinq “BBC”yə verdiyi açıqlamasında düşünən avadanlıqların artıq təhlükəyə çevrildiyini deyib: “İndiyə qədər icad olunan süni zəka növləri insanların işini asanlaşdırırdı. Lakin insanın beyin gücünə çatan və ya zəkasından üstün bir şey icad etmək təhlükə ilə nəticələnə bilər. Belə ki, süni zəka öz-özünü inkişaf etdirməyə, hətta yenidən formalaşdırmağa başlayır. Bioloji inkişafı zəif olan insanlar belə bir güclə yarışmaq iqtidarında deyillər. Bu səbəblə süni zəka insan soyunun sonunu gətirə bilər”.

Hokinq eyni zamanda insanların işini görən bəzi ağıllı cihazların artması nəticəsində insanların işsiz qalacağını, bunun da dünyada bir növ böhrana yol açacağını vurğulayıb. İnternetin zərərləri haqda danışan fizik internet şirkətlərinin söz azadlığı və şəxsi məlumatların qorunması qanunlarını nəzərə alaraq, internetin yaratdığı təhlükələri ortadan qaldırmağın yollarını tapmalı olduqlarını bildirib.

Qeyd edək ki, Stiven Hokinq Kembric Universitetində tələbə ikən sonralar iflicə səbəb olacaq “yan amiotrofik skleroz” xəstəliyinə düçar olub. Onun “Zamanın qısa tarixi” adlı kitabı dünyada ən çox satılan kitablardan hesab olunur.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here