Ukrayna Rusiya ilə dostluq münasibətlərinə son qoyur

0
220
“Rusiya və Ukrayna arasında dostluq, əməkdaşlıq və tərəfdaşlıq haqqında müqavilə”yə xitam verilməsi haqqında qanun layihəsi Ali Radaya təqdim olunub. Bu barədə parlamentin saytında bildirilir. Qeyd olunan qanun layihəsinin təşəbbüskarları Yuri Levçenko, Oleq Osuxovski, Andrey İlyenko, Yuriy Bublik, Aleksandr Marçenko və Mixail Qolovkodur. Adları çəkilən deputatlar heç bir fraksiyanı təmsil etmirlər.
Qeyd edək ki, bundan əvvəl Ali Radanın deputatları Ukraynanın MDB-ni tərk etməsi haqqında qərar layihəsi hazırlayıblar.

Bu arada isə ABŞ Dövlət Departamentinin rəhbəri Con Kerri Rusiya tərəfini Ukraynanın cənub-şərqindəki separatçıları silahla təchiz etməkdə ittiham edib. Con Kerri qeyd edib ki, sentyabrın 5-dən, yəni atəşkəs haqqında  Minsk razılaşmasının imzalandığı andan bu vaxtadək Rusiya birbaşa Ukraynadakı  separatçılara yüzlərlə tank, zirehli texnika, ağır artilleriya göndərib. Rusiya hərbçiləri əvvəlki kimi ölkənin şərqində əməliyyatlarda iştirak edir, idarə və nəzarət etməkdə separatçılara yardım edirlər”, – deyə dövlət katibi qeyd edib.

Rusiya NATO-nun şərq istiqamətində mövqelərini gücləndirməsindən narahatdır. “Rusiya NATO-nun şərq istiqamətində mövqelərinin gücləndirilməsi ilə əlaqədar artıq tədbirlər görür. Bu tədbirlər alyansın hərəkətlərindən asılı olaraq, davam etdiriləcək”. Bunu Rusiyanın NATO-dakı daimi nümayəndəsi Aleksandr Qruşko deyib. O qeyd edib ki, NATO alyansın dirçəlməsi üçün Ukraynadakı böhrandan istifadə edir. “Bu ərazilərdə əlavə qüvvələr yerləşdirmək, hərbi təlimlərin miqyasını böyütmək üçün gerçək səbəblər yoxdur. NATO-nun məntiqi milli təhlükəsizlik maraqlarına deyil, daha çox alyansın öz maraqlarına əsaslanır”, – deyə o vurğulayıb.

A. Qruşko həmçinin qeyd edib ki, NATO-nun ən böyük səhvlərindən biri Rusiya ilə hərbi sahədə təmaslara son qoymaq idi. Onun sözlərinə görə, Rusiya-NATO əməkdaşlığı prosesini idarə edən bütün işçi qrupların fəaliyyəti dayandırılıb.

Bununla yanaşı A. Qruşko bildirib ki, alyans nümayəndələri ilə diplomatik kanallarla təmaslar qalmaqdadır: “Təmaslar qalsa da, iclaslar keçirilmir”.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here