Rusiya təbii qazını TANAP-la daşıyacaq?

0
266
Rusiya “Cənub axını” qaz borusunun tikintisindən imtina edir.
 Bu barədə Rusiya Federasiyasının prezidenti Vladimir Putin bildirib. Rusiya prezidentinin sözlərinə görə, layihənin reallaşdırılması üçün Bolqarıstan hökuməti əngəl törədir. “Bolqarıstan suveren dövlət kimi hərəkət etmək iqtidarında deyil. Əgər Avropa İttifaqı layihənin reallaşdırılmasını istəmirsə, deməli layihə reallaşdırılmayacaq. Rusiya bu layihə yüzlərlə milyon dollar sərmayə yatırıb, sonra isə Bolqarıstan sərhədində dayana bilməz. Avropa Komissiyasının hərəkətləri qeyri-konstruktivdir”, – deyə V. Putin qeyd edib. Rusiya prezidenti Bolqarıstan hökumətinə Avropa Komissiyasından təzminat almağı da təklif edib: “Bilirsiniz ki, layihə reallaşacağı təqdirdə Bolqarıstanın dövlət büdcəsinə yalnız tranzitdən ildə 400 milyon avro gələcəkdi. Deməli, Bolqarıstan Avropa Komissiyasından dövlət büdcəsinə çatmayan pula vəsaitə görə təzminat almalıdır”. Layihənin dayandırılması artıq “Qazprom” şirkətinin rəhbəri Aleksey Miller də təsdiqləyib: “Layihə artıq aktual deyil. Mövzu qapanıb”.

 

TANAP-ın yarısı Rusiya qazı ilə

doldurula bilər

Rusiyanın Enerji Təhlükəsizliyi Milli Fondunun sədr müavini Aleksey Qrivaç isə bildirib ki, Rusiya öz qazını Avropaya çatdırmaq üçün “Trans-Anadolu” qaz boru kəmərindən (TANAP) istifadə edə bilər. A. Qrivaç xatırladıb ki, TANAP Avropa İttifaqı ölkələrinə Azərbaycan təbii qazının çatdırılması üçün nəzərdə tutulub. Hər il boru vasitəsi ilə 30 milyard kubmetr Azərbaycan qazı Avropaya nəql ediləcək. “Lakin düşünmürəm ki, Azərbaycan bu boru kəmərini 15 milyard kubmetrdən artıq qazla təmin edə bilsin. Bu səbəbdən də qalan 15 milyard kubmetr qazı “Qazprom” verə bilər”.

 

Taner Yıldız: “Rusiya və Türkiyə razılaşması TANAP-a mane olmayacaq”

Rusiya və Türkiyə arasında qaz tədarükləri barədə əldə olunan razılaşmaya münasibət bildirən Türkiyənin energetika və təbii resurslar naziri Taner Yıldız isə deyib ki, bu razılaşma TANAP layihəsinin reallaşdırılmasına heç cür təsir etməyəcək. Qeyd edək ki, “Qazprom” və BOTAŞ şirkətləri arasında 63 milyard kubmetr gücündə qaz kəmərini tikintisinə dair anlaşma memorandumu imzalanıb. Bu qazın 14 milyard kubmetrini Ankara alacaq, yerdə qalan həcm isə Türkiyə və Yunanıstan sərhədinə çatdırılacaq.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here