Ermənistan Gəncəni növbəti dəfə atəşə tutub

0
22

Ermənistan silahlı qüvvələri Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncəni növbəti dəfə atəşə tutub.

Raket atəşi nəticəsində bir neçə yaşayış evləri dağılıb, xəsarət alanlar var. Yaralılar xəstəxanalara çatdırılıb, dağıntılar altında qalanların olduğu ehtimal edilir.

Hazırda mülki şəxslərin xilas edilməsi işləri aparılır.

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev rəsmi Tvitter hesabında yazıb: “Humanitar atəşkəsə dair vicdansız çağırışlar Ermənistanın bu hərbi cinayətlərini görməlidir. İlkin məlumata görə, 20-dən çox ev dağıdılıb”.

Ermənistanın silahlı qüvvələri Mingəçevir şəhərini də növbəti dəfə atəşə tutub.