Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası Mingəçevirdə gənclərlə görüş keçirilib

0
308

 133 üzvü olan Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (NAYORA) bölgələrdə gənclərlə ruhlandırıcı görüşlər keçirib, bütün sosial şəbəkə istifadəçilərini, ictimai fəalları və qeyri-hökumət təşkilatlarını bu fəaliyyətə dəstək verməyə çağırıb.

 Məqsəd Ermənistanın ölkəmizə qarşı apardığı informasiya müharibəsində Azərbaycan gənclərinin fəallığının təşviq edilməsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, Ermənistanın yalanlarının ifşa edilməsi və mütəmadi sosial kampaniyalar vasitəsilə Azərbaycan həqiqətlərini beynəlxalq birliyin diqqətinə çatdırmaqdır.

 Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Məryəm Məcidova bildirib ki, bir daha gənclərimizi virtual platformalarda, xüsusilə də tvittdə , sosial mediada fəal olmağa çağırırıq: “ Erməni yalanlarına qarşı birgə mübarizə aparıb, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırmalıyıq. Biz Vətən müharibəsi aparırıq. Bunun üçün gənclərimizi sosial media səhifələri yaradaraq erməni yalanlarını ifşa etməyə, dünya liderləri və beynəlxalq təşkilatlardan erməni təcavüzünə son qoymağı tələb etməyə çağırırıq.
Qələbə bizimdir! Qarabağ Azərbaycandır!”

Daha sonra fəal gənclər çıxış edərək  qeyd ediblər ki,bu gün ordumuzun böyük əksəriyyətini gənclər təşkil edir. Gənclər  Vətənimiz uğrunda hər an mübarizəyə hazır olduqlarını bildirblər.

Esmira Hidayətova, Mingəçevir