Azərbaycan əsgəri

0
30

Sipər edib canını bu Vətənə, torpağa,

Sahib çıxır işğalda olan hər  bir ocağa,

Sevincimdən inanın dönüb ürəyim dağa –

Keçib oddan-alovdan yazır şanlı zəfəri

Azərbaycan əsgəri!

Bunu yazmaq çətindir şeir ilə – nəzmlə,

Ya da bir rəssam kimi təsvir etmək rəsmlə…

Şəhidlərin ruhunu şad eləyir əzmlə

Bu hünəri olubdur artıq dillər əzbəri

Azərbaycan əsgəri!

Hər bir kəsə bəllidir, hər  amalı, marağı:

“Yuvam Vətən topağı, olmayacaq ortağı”,

Xankəndinə  sancacaq o üçrəngli bayrağı,

Düşüncəsi, diləyi bəşəridən bəşəri

Azərbaycan əsgəri!

Qvami Məhəbbətoğlu