Nuru Paşanın dəstəsi ilə gəldilər və…

0
242

Bir tərəfdə Azərbaycan, digər tərəfdə Türkiyə bayrağı, Mingəçevirdə yerləşən bu ev hər kəsin diqqətini çəkir. Hazırda mənzildə 102 il öncə ölkəmizə gələn Nuru Paşanın əsgərlərindən olan Abdulla Şamxalovun övladları yaşayırlar.

“Nur şəhəri”ndə bayraqlarla bəzədilən evi, səfirliyə, türk şirkətinə bənzədənlər az deyil. Əslində isə burada 1918-ci ildə Nuru Paşanın qoşunu ilə ölkəmizə gəlib, Bakının azad olunmasında iştirak edən Abdulla Şamxalovun törəmələri yaşayırlar. Abdulla kişi 34 il öncə vəfat etsə də onun ölkəmiz üçün xidmətləri unudulmur. Türk əsgərinin 5 övladının ən böyüyü Məhərrəm Şamxalov atası ilə qürur duyduğunu deyir. Hətta özündən kiçik qardaşının Qarabağ döyüşlərində qəhrəmancasına şəhid olduğunu da bildirir.

Məhərrəm Şamxalov deyir ki, atam haqqında onu deyə bilərəm ki,  o, Nuru Paşanın dəstəsində Azərbaycana gələnldə 18 yaşlı əsgər olub: ”1918-ci ildə Bakıya kimi döyüşüblər .Deyirdi bala, gəldik Azərbaycan xalqına dəstək olduq. Sərhədlər bağlanldıqdan sonra vətəninə geri dönə bilmədi. Azərbaycanlda qalıb ailə həyatı qurub. Elə burada da dünyasını dəyişib. Mən atamla fəxr edirəm!!! Biz 5 ailədə 5 uşlağıq, bir qardaşım da bu Qarabağ döyüşlərində 1992-ci ildə qəhrəmancasına şəhid olub. Özüm də könüllü Qarabağ düyüşlərinldə işltirak etlmişəm”.

Mingəçevirdə hərkəsin diqqətini çəkən evə gəldikdə isə, Şamxalov onu atasının xatirəsi üçün Azərbaycan və Türkiyə bayraqları ilə bəzədiklərini deyir. Ən maraqlı məqam is odur ki, buranı bəy,gəlin hərbi xidmətə gedənlər daha çox ziyarət edir,fotolar çəkdirirlər.

Nuru Paşanın qoşununda döyüşüb Mingəçevirdə qalanlardan biri də Vəli Əliyev olub. Türkiyənin böyük şəhərlərindən olan İstambulda doğulan türk əsgər 1979- cu ildə ölkəmizdə vəfat edib. Qeyd edək ki, hər iki türk döyüşçünün məzarı Mingəçevirdə yerləşən Əli qəbirstanlığındadır.

Esmira Hidayətova, Milngəlçevir