Mingəçevir qaydalara əməl etməklə başladı

0
239

Bu günə Mingəçevirdə də yeni qaydalara uyğun olaraq ilk dərs gününə start verilib. Qeyd edək ki, şəhərin polis şöbəsinin əməkdaşları bütün məktəblərdə gücləndirilmiş nəzarət proflaktik-maarifləndirmə tədbirləri həyata keçiriblər. Məktəblərin qarşısında ara məsafəsi xətləri çəkilib, yeni yol nişanları quraşdırılıb. Məktəbə gələn şagirdlərin hərarəti ölçülüb, əlləri dezinfeksiyaedici məhlulla yuyulub. Şagirdlərə pandemiya ilə bağlı məlumatlar verilib. Onlara yeni dərs ilində uğurlar arzulanıb.

Xatırladaq ki, Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən, ümumi təhsil müəssisələrində dərs məşğələləri I-IV siniflərdə sentyabrın 15-dən əyani və distant (məsafədən) formada keçiriləcək. Həmçinin V-IX siniflərdə sentyabrın 15-dən distant, oktyabrın 1-dən əyani və distant (məsafədən), X-XI siniflərdə sentyabrın 15-dən distant, oktyabrın 15-dən əyani və distant (məsafədən) formalarda başlayacaq. Ümumi təhsil müəssisələrində dərs (təlim) və dərsdənkənar (praktiki) məşğələ saatları məktəbəhazırlıq mərhələsində 30 dəqiqə, ibtidai və ümumtəhsil səviyyələrində 45 dəqiqə olmaqla müəyyən edilib. Peşə təhsili müəssisələrində dərslərin davametmə müddəti 30 dəqiqədir. Uşaq musiqi, incəsənət, rəssamlıq məktəb və mərkəzlərində dərslərin davametmə müddəti 45 dəqiqə olacaq.

Esmira Hidayətova, Mingəçevir