MDU təlim keçirəcək

0
365

Mingəçevir Dövlət Universitetinin (MDU) administrativ heyəti, müəllim və texniki işçiləri üçün “Microsoft Teams Proqramı və onun imkanları” mövzusunda təlim keçirəcək.

 Universitetdən  verilən məlumata görə, təlimin keçirilməsində məqsəd pandemiya dövründə məsafədən təhsil zamanı Mingəçevir Dövlət Universiteti əməkdaşlarının “Microsoft Teams” proqramında qazanılan təcrübələrini daha da genişləndirmək və yeni tədris ilinə hazırlığını tam təmin etməkdir. Təlimlər “Microsoft Teams” proqramının icrası və ondan istifadə qaydalarını əhatə edəcək.

 Təlimin “Microsoft Teams” platformasında administrativ heyəti, müəllim və texniki işçiləri üçün müxtəlif vaxtlarda keçirilməsi nəzərdə tutulub. Təlimlər MDU-nun İnformasiya texnologiyaları kafedrasının müəllimləri tərəfindən həyata keçiriləcəkdir.

Esmira Hidayətova, Mingəçevir