Mingəçevirdə Heydər Əliyev Fondunun tikdirdiyi məktəb binasında son tamamlama işləri görülür

0
745

 Son illər ölkəmizin hər yerində olduğu kimi, Mingəçevirdə də məktəb tikintisi diqqət mərkəzindədir. Hazırda şəhərdə bir məktəb (16 saylı tam orta məkəb) əsaslı  təmir olunub, şəhid V.Ağakişiyev adına 12 saylı tam orta  məktəbin isə yaxın günlərdə əsaslı təmirinə başlanılacaq. 

 Təhsil Nazirliyinin təşəbbüsü və Heydər Əliyev Fondunun dəstəyi ilə yenidən tikilən şəhid N.Ahəngəri adına 13 saylı tam orta məktəbdə  artıq son tamamlama işləri görülür. Bu barədə məlumat verən iş icraçısı Niyazi Abdullayev bildirdi ki, müasir standartlara cavab verən məktəbin avqust ayının axırında təhvil verilməsi nəzərdə tutulub.

Qeyd edək ki, ötən ildən tikintisinə başlanılan 13 saylı məktəbin şagirdləri bu müddət ərzində şəhərin 9 saylı məktəbində təhsil alırdılar. Həmişə uğurları ilə seçilən məktəbin uğurları bu müddət ərzində sevindirici olub. Məktəbin tədris işləri üzrə direktor müavini, direktor əvəzi Yeganə xanım Kərimovanın sözlərinə görə, cari tədris ilində bu təhsil ocağının 68 şagirdi məzun olub: “Onlardan 5 nəfəri  11-ci sinifi fərqlənmə attestatı ilə baş vurub. 9-cu siniflərdən isə 2 şagird fərqlənmə attestatı alıb”.

Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın təhsilə göstərdiyi qayğı və diqqətdən danışan Yeganə xanım  ölkəmizdə aparılan təhsil islahatlarından da söz açddı. O, həmçinin  yeni məktəb binalarının inşasının təhsilin keyfiyyətinin daha da yüksəldilməsinə əhəmiyyətli təsir edəcəyinə əminliklə vurğuladı: “İnanırıq ki, yeni tikilib istifadəmizə verilən məktəbdə uğurlarımız ikiqat olacaq”.

Esmira Hidayətova, Mingəçevir