Problemlər həll olunur

0
402

 

Mingəçevir şəhərində parklarda, xiyabanlarda yenidənqurma işləri davam etdirilir.  Bu  gün  şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov “Qurucular” parkında və H.Aslanov küçəsində görülən işlərlə yaxından tanış olub. Qeyd edək ki, artıq H.Aslanov küçəsində görülən işlər yekunlaşmaq üzrədir.

Başçı şəhərdə aparılan digər işlərdən də söz açıb: ”Məqsədimiz Mingəçeviri ən gözəl şəhərə çevirməkdir. Ona görə də işlər davam etdirilir,  nümunəvi məhəllələr yaradılır, şəhər başdan-başa yaşıllığa bürünür. Onu da deyim ki, bizim yaşıllıqları suvarmağımızla bağlı dilə gətirdiyimiz problemlər də öz bəhrəsini verir”.

Başçı, həmçinin deyib: “Ötən görüşdə demişdim. Mingəçevirin ən başlıca problemi işsizlikdir və bununla bağlı artıq 3 təklif gəlib və birinin layihəsi hazırdır. 1000 nəfərdən artıq insanın işləyəcəyi bir müəssisənin yaradılması planlaşdırılır. Bundan başqa, şəhərdə fəaliyyəti dayandırılmış zavodlarla da bağlı müəyyən tədbirlər görülür”.

İcra başçısı  görülən işlərlə tanış olarkən idarə, müəssisə rəhbərlərinə  öz tapşırıq və tövsiyyələrini də verib.

Esmira Hidayətova, Mingəçevir