İlin sonuna kimi 102 məktəb binası istifadəyə veriləcək

0
382

2020-ci ilin sonuna kimi Təhsil Nazirliyi tərəfindən təmir-tikinti işləri yekunlaşdırılmış 102 məktəb binası şagirdlərin istifadəsinə veriləcək.

Nazirlikdən bildirilib ki, onların 29-u yeni tikilən, 13-ü əsaslı təmir olunan, 60-ı isə modul tipli məktəbdir. Modul tipli məktəblərin Quba, Qusar, Xaçmaz, İsmayıllı, Ağsu, Şamaxı, Şəki, Tovuz, Gədəbəy, Bərdə, Neftçala, Cəlilabad, Lerik, Astara, Goranboy, Xızı, Samux, İmişli, Füzuli və Ağdamda quraşdırılması nəzərdə tutulur. azərtac