İdris Naim Şahin: “Türkiyə xəfiyyə dövlətinə çevrilib”

0
391
Millət və Ədalət Partiyasının qurucuları arasında yer alan keçmiş daxili işlər naziri  və millət vəkili İdris Naim Şahin parlamentdə keçirdiyi mətbuat konfransında sensassiyalı açıqlamalar verib. 
O ölkəni idarə edənlərlə milli təhlükəsizlik nazirliyi əmakdaşlarının vətəndaşlara, müxtəlif qurumlara qarşı qondarma iddialarla əməliyyat hazırladığını və həyata keçirdiyini söyləyib: “Türkiyə çox təəssüflər olsun ki, xəfiyyə dövlətinə dönüb. İqtidarda olanlarla ölkənin təhlükəsizlik xidməti idarəsi birgə hərəkət edərək vətəndaşlarımıza qarşı böhtan planları hazırlayır və demokratiyaya ağır zərbələr vururlar”.

Naim Şahin nazirliyi dövründə qırıcı təyyarələrin sərhədi keçənlərin Uludərədə bombalaması zamanı 35 nəfərin ölməsinin də arxasında Milli Təhlükəsizlik Nazirliyi əmakdaşlarının dayandığını söyləyib. Onun sözlərinə görə, Uludərə faciəsində  MTN əməkdaşı Türkiyə  silahlı qüvvələrinin rəhbərliyinə israrla “ Bombalayın, PKK-çı Bahoz Erdal sərhədi keçir”,-deyib. Nəticədə bu faciə baş verib. Bundan əlavə Naim Şahin dinləmə qurğusunun da ( böcək) Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı tərəfindən qoyulduğunu və bundan məqsədin günahsız insanların şərlənməsi olduğunu söyləyib.

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here