Zamanovlar ailəsinin təşəbbüsü təqdir edilib

0
273

Pandemiya ilə əlaqədar olaraq yas məclislərinin keçirilməsi tövsiyə olunmadığından Zamanovlar ailəsi yeni bir ənənənin əsasını qoyublar. Məlumata görə, ürək çatışmazlığından vəfat etmiş  mingəçevirli həkim Aybəniz Zamanovanın həyat yoldaşı və övladları onun yas məclisini daha xeyirxah bir formada qeyd ediblər. Belə ki, Zamanovlar ailəsi Mingəçevir şəhərində sərtləşmiş karantin qaydasına görə müvəqqəti olaraq işini itirmiş 100-ə yaxın aztəminatlı ailəyə, şəhid və Qarabağ mühribəsi veteranlarının ailələrinə ərzaq yardımı paylayıblar. Onlar, həmçinin  pandemiya dövründə hüzürü düşən hər kəsi qapalı məkanda yas məclisləri təşkil etməməyə və bu formada imkansız ailələrə dəstək olmağa, daha böyük savab qazanmağa çağırıblar.

Zamanovlar ailəsinin bu təşəbbüsü şəhərin dini icması tərəfindən də təqdir edilib.

Esmira Hidayətova, Mingəçevir