Kəskin qoxu ilə bağlı araşdırma aparılıb

0
308

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri Bakı şəhərinin Nərimanov və Binəqədi rayonlarında ətrafa kəskin qoxunun yayılması ilə bağlı araşdırma aparıblar. İy-qoxunun son günlər müşahidə edilən yüksək temperaturun və durğun hava şəraitinin üstünlük təşkil etməsi səbəbindən kanalizasiya sularının axıdıldığı Böyük Şor gölündən yayıldığı ehtimal edilir.

Bunu azərtac-a Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Vasif Əliyev bildirib.

O qeyd edib ki, mütəxəssislər həmin ərazidə monitorinq keçirib, atmosfer havasından nümunələr götürüblər. Monitorinqin nəticəsi tezliklə açıqlanacaq.