Xınalığın “Azersky” peykindən əldə edilmiş təsviri

0
424

Quba rayonunun Xınalıq kəndi ərazisinin “Azersky” peykindən əldə olunmuş təsviri təqdim edilib. Təsviri “Azərkosmos” ASC yayıb.

Qeyd edək ki, 5 min ilədək yaşı olan və özünəməxsusluğu ilə seçilən Xınalıq kəndi ölkəmizin unikal məkanlarından biridir. Kəndinin füsunkar təbiəti, bənzərsiz strukturu və təbiətlə həmahəng olan mənzərəsi açıq səma altında yerləşən bir muzeyə bənzəyir. Xınalıq kəndi ölkəmizin şimal bölgəsinə səyahət edən turistlərin və səyahətsevərlərin daim marağında olub.

Xatırladaq ki, Cənubi Qafqazda ilk və yeganə peyk operatoru olan “Azərkosmos” ASC telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün yüksəkkeyfiyyətli peyk xidmətləri təqdim edir. “Azərkosmos” telekommunikasiya peyki olan “Azerspace-1”, Yer səthinin məsafədən müşahidə peyki olan “Azersky” və “Azerspace-2”nin operatorudur. azərtac