Mingəçevirdə “Könüllü”lərə sertifikat verildi

0
458

Mingəçevir şəhər  İcra Hakimiyyəti “Könüllülük fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq öz strukturlarında könüllülük fəaliyyətini daha da genişləndirir.
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli 3236 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə ”Dövlət Proqramı”nda və dövlət başçısının 2019-cu il fevralın 1-də Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısındakı çıxışında dövlət orqanlarına gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq və təcrübi biliklərini artırmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək və ölkədə könüllülük hərəkatını inkişaf etdirmək vəzifəsi qoyulmuşdur. Bu məqsədilə Mingəçevir şəhər İcra Hakimiyyəti, Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə əlaqələndirməklə ölkədə gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsinə başlamışdır.
Könüllülük fəaliyyətinə gənclər 2 ay müddətinə qoşulmuş, müxtəlif sosial bacarıqlarını göstərmişlər. Şəhər  İcra Hakimiyyəti üzrə gündəlik olaraq 2 növbədə könüllülük fəaliyyəti təşkil olunmuşdur.
Bu gün Mingəçevir  İcra Hakimiyyətində təcrübə keçən “ Könüllü”lərə sertifikatlar verilib.  Sosial məsafəni qorumaqla keçən tədbirdə İcra Hakimiyyətinin başçısı İlham İsmayılov  və könüllülər iştirak ediblər. İcra başçısı  əvvəlcə gənclərə bütün dünyada tüğyan edən COVİD-19 pandemiyası ilə əlaqədar sosial məsafəni qorumaq, gündəlik maskalardan istifadə etmək və xəstəlikdən qorunmaq üçün  gigiyenik qaydalara rəayət etməyin vacib olduğunu bildirib. Qeyd edib ki, Azərbaycanda geniş vüsət alan könüllülük hərəkatının əsası məhz ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş, hazırda da bu idoelogiya cənab Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir. O, respublika ərazisində baş tutan bütün beynəlxalq tədbirlərdə, eləcə də dövlət orqanlarının gündəlik fəaliyyətində könüllülərin misilsiz xidmətlərinin olduğunu vurğulayıb.
Qeyd olunub ki, könüllülər gündəlik iş proseslərində aktiv şəkildə iştirak ediblər.

Daha sonra könüllülər çıxış edərək təcrübə müddətində bir çox biliklərə yiyələndiklərini, şəhər  İcra Hakimiyyəti aparatının kollektivi tərəfindən qayğı ilə əhatə olunduqlarını və gələcək fəaliyyətlərində bu təcrübələrdən istifadə edəcəklərini bildiriblər. Sonra 3  könüllüyə Mingəçevir  İcra Hakimiyyəti tərəfindən sertifikatlar təqdim olunub, digər iki könüllüyə yeni könüllük  fəaliyyətində uğurlar arzulayıblar.

Esmira Hidayətova, Mingəçevir.