UEFA Çempionlar Liqasında 2020-2021-ci il mövsümünün təqvimi açıqlanıb

0
985

UEFA Çempionlar Liqasında 2020-2021-ci il mövsümünün təqvimini açıqlanıb. “Qarabağ” mübarizəyə avqustun 18/19-da birinci təsnifat mərhələsindən başlayacaq. Bunadək avqustun 8-11-də ilkin mərhələnin oyunları keçiriləcək. İkinci təsnifat mərhələsi avqustun 25-26-da, üçüncü təsnifat mərhələsi sentyabrın 15-16-da bir oyunluq sistemlə gerçəkləşəcək. Sentyabrın 22-də pley-off mərhələsinin ilk, sentyabrın 30-da cavab görüşləri təşkil olunacaq.

Qrup mərhələsində 6 tur müvafiq olaraq 20-21 sentyabr, 27-28 sentyabr, 3-4 noyabr, 24-25 noyabr, 1-2 dekabr və 8-9 dekabrda nəzərdə tutulub.

Səkkizdəbir final mərhələsinin ilk oyunları gələn ilin 16-17 fevral və 23-24 fevral, cavab görüşləri isə 9-10 mart və 16-17 mart tarixində oynanılacaq. Qitənin ən nüfuzlu klub turnirinin dörddəbir final oyunları 6-7 aprel, cavab görüşləri isə 13-14 aprel tarixlərində təşkil olunacaq.

Yarımfinal qarşılaşmaları 27-28 aprel, cavab görüşləri isə 4-5 mayda oynanılacaq.

Turnirin həlledici görüşü Türkiyənin İstanbul şəhərindəki “Atatürk” Olimpiya stadionunda mayın 29-da keçiriləcək. azərtac