Pensiya və təqaüdləri istənilən bankdan almaq mümkünləşdirildi

0
54

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyası əhalinin nəzərinə çatdırır ki, “COVID-19” pandemiyası ilə əlaqədar olaraq xüsusi karantin rejimi müddətində bankomatlar qarşısında vətəndaş sıxlığının idarə olunması məqsədilə əmək pensiyalarını, sosial müavinət, təqaüd və kompensasiya ödənişlərini, eləcə də ünvanlı dövlət sosial yardımlarını istənilən bankın bankomatından, eləcə də “Azərpoçt” MMC-nin istənilən bankomat və ya pos-terminalından hər hansı əlavə faiz tutulmadan əldə edə bilərlər.

Hər hansı sual olacağı təqdirdə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 – Çağrı Mərkəzinə, Mərkəzi Bankın  səlahiyyətlərinə aid məsələlər barədə isə 966 – Qaynar xəttinə zəng edə bilərsiniz.