291 nəfər koronavirusdan sağaldı, 547 nəfər yoluxdu

0
113

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 547 yeni yoluxma faktı qeydə alınıb, 291 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 14 852 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 8 059 nəfər müalicə olunaraq sağalıb, 180 nəfər vəfat edib, 6 613 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 274, ötən müddət ərzində isə ümumilikdə 449 235 test aparılıb.