Məcburi köçkün: ”Onlar bizə dayaq oldular”

0
352

  

Tarix boyu özgə torpaqlarına göz dikən ermənilərin nə qədər mənfur, xəyanətkar xislətə malik olduqlarını zaman daim qabarıq şəkildə büruzə verib. XVIII əsrdən etibarən Azərbaycan ərazilərinə köçürülməyə başlanan ermənilərin iç üzü, hər fürsətdə xəyanət, vəhşət törətməyə hazır olmaları xalqımıza daha yaxşı bəllidir.

Tarixin müxtəlif illərində erməni vəhşiləri etnik təmizləmə siyasəti aparmaqla yanaşı, torpaqlarımıza da göz dikiblər. Nəticədə minlərlə soydaşımız öz dədə-baba yurdlarından perik düşüblər.

1993-cü ildə öz doğma yurdundan məcburi köçkün olan Fizuli Əhmədov ailəsi ilə birgə Mingəçevirə pənah gətiriblər.

O, 1978-ci il dekabr ayının 9-da Ağdam rayonun Boyəhmədli kəndində anadan olub.  Dediyinə görə, atası Nəsir kişi uzun müddət sürücü işləyib, anası isə ibtidai sinif müəllimi olub. Onların hər ikisi dünyalarını dəyişiblər:  ”1993-çü ildə doguldugum doğma yurdumuzdan məcburi köçkün düşərək ölkəmizin ən dilbər guşələrində olan Mingəçevir şəhərində məskunlasmışıq. Bu gözəl şəhərə gələndə mən artıq 9-cu sinfi başa vurmuşdum. Sonrakı fəaliyyətim isə bu şəhərlə bağlıdır”.

2002-ci ildə BDU-nin Şəki filialinin tarix fakültəsini başa vurduğunu bildirən həmsöhbətimiz qeyd etdi ki,  ön cəbhədə hərbi xidmətdə olub: “2004-cü ildən Mingəçevir şəhər N.Nərimanov adına 1 saylı orta məktəbdə ixtisasım üzrə çalışıram”.

“Azərbaycanimiz bütün bölgələrəri gözəldir” sözləri ilə söhbətini davam etdirən Füzuli müəllim daha sonra dedi: “Amma Mingəçevir şəhəri mənim fikrimcə, bunların arasında birincilər sırasındadır. Bu şəhərin unikallığı bilirsizniz nədədir? Hər şeydən əvvəl, bu şəhərin insanlarının bir-birinə olan səmimi münasibətində. Sevinclərini, kədərlərini bir-biri ilə bölüşür bu şəhərin sakinləri. Əslində bu, ən böyük nemətdir. Mingəcevir əhalisi ilk gündən biz məcburi kockunlərə də imkanları daxilində dayaq oldu. Bu səbəbdən Mingəçevirdə özümüzü qərib də hesab etmədik. Onların bu isti münasibətləri şəxsən mənə köçkün olduğumu unutdurdu. Yeri gəlmişkən, mən universiteti bitirdikdən sonra bu şəhərdə pedaqoji fəaliyyətə başladım. O zaman Aidə xanım İsmayılova təhsil şöbəsində kadrlar üzrə  müdir idi. Mən onun sayəsində   1 nömrəli məktəbə müəllim təyin olundim. Mənsur müəllim, Seymur müllim, Zaur müəllim, Cəsarət müəllim, Əliyar müəllim  və digərləri həmişə çətinə düşəndə həm maddi, həm də mənəvi cəhətdən mənə dəstək olublar. Hazırda Nadir müəllimin ailəsini özümə ikinci ailəm hesab edirəm. Məhz buna görə Mingəçevir şəhərinin dəyərli sakinlərinə öz minnətdarlığımı bildirirəm.  İnanıram ki, ölkə rəhbərliyinin apardığı daxili və xarici siyasət nəticəsində bu yaxın illərdə işğal altında olan torpaqlarımız erməni daşnakarlarından  azad olunacaq. Biz məcburi köçkünlər və qaçqınlar öz yurd-yuvamıza qayıdacağıq.  Onda mən  bu gözəl şəhərdə qazandığım dost-tanışları böyük sevinclə Agdama dəvət edəcək və onların qulluğunda duracağam. Bu, mənim ən böyük arzumdur. Allah o günü mənə nəsib etsin”.

Müsahibimiz asudə vaxtlarını şəhərin füsunkar təbiətinin qoynunda keçirdiyini dedi: ”Mən özüm tarix müəllimi olsam da, təbiətin qoynunda istirahət etməyi çox xoşlayıram. Yenə deyirəm: Mingəçevir gözəl şəhərlərdən birdir. Amma nə gizlədim, bəzən bu şəhər haqqında neqativ yazıları, fikirləri eşidəndə çox hiddətlənirəm”.

Müsahibimiz söhbətinin bu sözlərlə yekunlaşdırdı: “Bu gün fəxr edirəm ki, Prezidentimiz cənab İlham Əliyev bu şəhərə növbəti səfərini etdi. Bir sıra obyektlərin açılışında iştirak etdi. Bu, bizim üçün böyük fəxrdir. Məhz onun həyata keçirdiyi tədbirlər sayəsində Mingəçevir  gündən-günə gözəlləşir, böyüyür. Çox sevindirici haldır ki, Prezidentimiz şəhər 12 saylı məktəbin də əsaslı təmiri üçün vəsait ayırdı.  Bu biz ziyalı təbəqəsinə olan Prezidentin etimadıdır. Biz də çalışacağıq ki, bu etimadı doğruldaq. Onu da qeyd edim ki, dövlətin qayğısından güc alan mingəçevirlilər doğma şəhəri cənnətə çevirmək üçün əllərinin hərarətini əsirgəmirlər. Odur ki, bu gün Mingəçevir zümrüd libası, yaraşıqlı park və xiyabanları, göz oxşayan səliqə-sahmanı ilə üzə gülür. Ana Kür də bu nur şəhərinin gözəlliyinə ayna tutur”.

Esmira Hidayətova, Mingəçevir