Məşhurların qəribəlikləri

0
353

Hamıya elə gəlir ki, dahilər  tam qüsursuz və  nöqsansız insanlar olublar.Lakin onların da müxtəlif qəribəlikləri var idi. Məşhur simaların diqqət çəkən qəribəliklərini təqdim edirik.  
 Onore de Balzak 
Fransız ədəbiyyatının ən tanınmış siması Onore de Balzak əsl “qəhvə xəstəsi” imiş. O gün ərzində 50 fincana yaxın qəhvə içirmiş. Hələ bu azmış kimi yazıçı iri qəhvə dənələrini üzünü belə turşutmadan rahatlıqla çeynəyirmiş .Qəhvə dahi yazıçıya əsərlərini yazmaq üçün ayıq qalmağa kömək edirmiş. Ancaq bu vərdiş yazıçının sağlamlığına təsirsiz ötüşməyib. Balzak yüksək qan təzyiqindən, ürəkdə və qarnında ağrılardan əziyyət çəkirmiş. Hətta yazıçının qəhvənin tərkibindəki kofeindən zəhərlənərək öldüyü güman olunur. 

Con Kennedi

Amerikanın mərhum prezidenti Con Kennedi hər səhər mütləq 4 qəzət oxumalı idi və buna sərf etdiyi zaman 20 dəqiqədən çox olmamalı idi.

Albert Enşteyn

Dahi alman fiziki Albert Enşteyn heç vaxt corab geyinməzdi. Bu barədə həyat yoldaşına göndərdiyi məktublardan birində belə yazırdı: “ Mən hətta ən təmtəraqlı mərasimlərdə də corabsız keçinə bilərəm. Sadəcə sivil dünyaya qarşı bu “mədəniyyətsizliyimi” uzunboğaz çəkmələr geyinərək gizlədirəm”.

Sara Bernar

Məşhur səssiz filmlərin əvəzəolunmaz aktrisası Sara Bernar çəkişlərdə fasilə yaranan zaman ayaq üstə yatırdı. Onun digər bir qəribəliyi var idi. Evdə olarkən aktrisa tabutda yatmağa üstünlük verirdi.

Çarlz Dikkens

Çarlz Dikkensi isə kəfənlər və ölülərin ayaqlarındakı yarlıqlar cəlb edirmiş. “Məni ölümün görünməz əli maraqlıdır”, — deyə o, tez-tez təkrar edərmiş. 
Dikkens günlərlə, saatlarla gəlib Paris meyitxanasında oturar və ölülərin basdırılma üçün necə hazırlanıb qəbiristanlığa göndərilməsinə baxırmış. Yazar qəzetlərdə ölüm haqda xəbərləri də diqqətlə oxuyar və cinayətin əsl səbəbini təxmin etməyi sevərmiş. Bundan başqa,o,yatarkən başını həmişə şimal səmtinə qoymalı idi. Əsərlərini yazarkən də onun başı şimal istiqamətinə yönəlməli idi. Məşhur yazarın qəribəlikləri bununla bitmir. Dikkens yazdığı hər 50 sətirdən sonra isti su içirdi.

Nikola Tesla

Heç bir zaman ailə həyatı qurmayan məşhur serb fiziki Nikola Tesla mikroblardan dəlicəsinə qorxduğundan əllərini gün ərzində dəfələrlə yuyarmış. Daim mehmanxanalarda yaşayan dahiyə 20-30 ədəd dəsmal verirdilər. Həddindən artıq təmizkar fizik nahar edərkən stola milçək qonardısa, o, ofisiantlardan dərhal yeməklərinin dəyişməyini  tələb edirdi. Dahi fizik, həmçinin yeriyəndə addımlarını və yeyəndə tikələrini sayırdı. Bunu edə bilməyəndə nə gəzməkdən, nə də yeməkdən ləzzət ala bilirdi, buna görə süfrə arxasında tək oturmağa üstünlük verirdi.
Hans Kristian Andersen
Deyilənlərə görə, danimarkalı nağıl yazarı Andersen heç vaxt nə kişi, nə də qadınlarla  münasibətlərdə olmayıb. Ucaboy, arıq, göy gözlü yazıçı tez-tez depressiyaya düşürmüş. Boyunun çox uzun olmasına görə onu “leylək” və ya “işıq dirəyi” adlandırırmışlar. Məşhur yazar iki şeydən qorxurmuş: oddan və diri basdırılmaqdan. Oddan qorxduğu üçün özü ilə həmişə ip gəzdirərdi, diri basdırılmaqdan qorxduğu üçün dostlarından tabuta qoyulmamışdan əvvəl damarlarından birini kəsməsini xahiş etmişdi. Nağılbazın digər qəribəliyi isə idi ki, o, çox savadsız olduğu üçün bütün əsərlərində çoxsaylı hərif səhvləri edirdi və onun bu səhvlərini düzəltmək üçün 3 nəfər köməkçisi var idi.

Lev Tolstoy

Məşhur rus yazıçısı Lev Tolstoy qraf olsa da, sadə insanların həyatı ilə yaşayırdı. O, ən ağır kənd işlərini görməkdən həzz aladı. Dəryazla ot biçmək, odun doğramaq və torpağı şumlamaq onun ən sevimli məşğuliyyətləri idi. Bir gün belə hərəkətsiz qalan yazıçı özünü pis edirdi, hətta yuxusuzluqdan əziyyət çəkirdi.

Mikalancelo Buonarotti

Orta əsrlərdə yaşayan məşhur italyan heykəltəraşı və memarı Mikalencelo şəxsi gigiyena qaydalarına riayət etmirdi. O, çox nadir hallarda çimirdi, geyimini və yataq dəstlərini demək olar ki, heç dəyişmirdi.

Riçard Qoutona

Məşhur şair Riçard Qoutonaya ilham  gələndə ağlını itirir, əlinə qayçı götürərək hər şeyi doğrayırdı. Beləliklə, şair evdəki bütün mebeli və hətta yoldaşının bütün paltarlarını doğramışdı.

Napoleon Bonapart

Dahi sərkərdə və Fransanın imperatoru Napoleon Bonapart hədsiz dərəcədə vanna qəbul etməyi sevirdi. Hətta hərbi yürüşə çıxanda da mütləq bir neçə dəfə çimərdi. Bu gigeyinik proseduru zamanı Napoleon qəbuluna gələnlər ilə söhbət aparıb,əmrlər verməyi çox sevirdi. Napoleonun qida qəbul etmək üsulu da fərqli idi. Süfrə arxasında tək oturmağı xoşlayan Napoleon yeməklərin hamısını birdən gətizdirib seçim etmədən, tələsərək yeməyə başlayırdı.

Fridrix Şiller

Dahi alman şairi və filosofu Fridrix Şiller əsər yazarkən mütləq yanında çürük alma olmalıymış. Şiller çürük alma qoxusundan ilham alırdı və bu, onun yaradıcılığına müsbət təsir edirdi.

“İki sahil”