DİİXİHİ Mingəçevir şəhər Komitəsi onları təbrik etdi

0
279

23 iyun Azərbaycanda dövlət qulluqçularının peşə bayramı kimi qeyd olunur

Dövlət qulluqçularının peşə bayramı Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə təsis edilib. Bu gün sürətlə inkişaf edən Azərbaycanın beynəlxalq aləmdə öz nüfuzunu möhkəmləndirməsi ümummilli lider Heydər Əliyevin dövlət idarəetmə sistemində həyata keçirdiyi islahatlardan başlayıb. Prezident İlham Əliyevin bu islahatları qətiyyətlə davam etdirməsi sayəsində ölkəmizin qüdrəti gündən-günə artmaqdadır. Bu gün tam əminliklə demək olar ki, respublikamızda müasir tələblərə cavab verən dövlət idarəetmə sistemi qurulub, hakimiyyətin bütün qollarının funksiyaları dəqiq müəyyənləşdirilib, vətəndaşların hüquq və azadlıqlarının qorunması və həyata keçirilməsi üçün zəruri təsisatlar yaradılıb. Dövlət qulluğu sahəsində aparılan islahatlar dövlət qulluqçularının məsuliyyətini gündən-günə artırmaqla yanaşı, onların hüquqlarının və vəzifələrinin müəyyənləşdirilməsi, bu sahədə olan boşluqların aradan qaldırılması üçün də müntəzəm iş aparılır.

Bu gün münasibəti ilə Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının (DİİXİHİ) Mingəçevir Şəhər Komitəsinin sədri Səbuhi Abbasov bir neçə idarə, təşkilat işçilərinin dövlət qulluqçularının peşə bayramı münasibəti ilə təbrik edib. Onlardan ƏSSM Məşğulluq Mərkəzinin Mingəçevir şəhər şöbəsinin müdiri  Abdullayev Elçin Qubad oğlu, Mingəçevir şəhər Statistika İdarəsinin müdiri Kərimov Etibar Süleyman oğlu rəhbərlik etdikləri təşkilatlarda böyük nüfuza malik olduqlarına dövlət qulluqçularının peşə bayramı münasibəti ilə diplom və hədiyyələrlə  təltif olunublar.

 AZ.Respublikasının Milli Arxiv Mingəçevir şəhər filialının ilk həmkarlar təşkilat sədri Abdullayeva Səbirə Muxtar qızı, filialın direktoru İbrahimova Leyla Müzəffər qızı, Statistika idarəsinin ilk həmkərlar təşkilat sədri Orucova Almaz Soltan qızı, DSMF Mingəçevir şəhər şöbəsinin məsləhətçisi Balayeva Tükəzban Nəriman qızı, DSMF Mingəçevir şəhər şöbəsinin baş məsləhətçisi Həmzəyeva Sara Cümşüd qızı, Qocalara Xidmət Mərkəzinin baş məsləhətçisi İsmayılov Rza Məhər oğlu, Maliyyə idarəsinin ilk həmkərlar təşkilat sədri Əsədov Sultan Məzahir oğlu da peşə bayramı münasibəti ilə diplomla təltif ediliblər.

Esmira Hidayətova, Mingəçevir