Ermənistanda COVID-19-dan ölənlərin sayı 332-yə çatıb

0
447

Ermənistanda son 24 saat ərzində daha 551 nəfər koronavirusa yoluxub, 13 nəfər dünyasını dəyişib.

Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzinin məlumatına görə, ölkədə virusa yoluxanların sayı 19 min 708 nəfərə çatıb. Pandemiyadan ölənlərin ümumi sayı isə 332-dir.