Jurnalistlər iradlarını bildirməklə yanaşı, təkliflərini də veriblər

0
272

Mingəçevir şəhər Bələdiyyəsinin sədri Ramiz Əliyev yerli mətbuatın nümayəndələri ilə görüşüb. Sosial izolyasiyanı qorumaqla  keçən görüşdə bələdiyyə sədri Ramiz Əliyev əsas məqsədə aydıqnlıq gətirib. Qeyd edib ki, Mingəçevir sərtləşdirilmiş karantin rejiminə keçməməsinə baxmayaraq, Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi qaydalara əsasən, Mingəçevir şəhər İcra Hakimiyyəti nəzdində yaradılmış işçi qrup tərəfindən həyata keçirilən tədbirləri gücləndirilmişdir: “Biz də bələdiyyə olaraq bu işlərdə əhali arasında geniş maarifləndirici söhbətlər aparmalı, tibbi maskadan istifadə etməklə, sosia məsafəni qorumalı, şəhərimizdə koronavirusun alovlanmaması üçün bir nəfər belə qayda pozmamalıdır. Buna görə də vətəndaşlarımız daha məsuliyyətli olmalı, nizam-intizama riayət etməlidirlər. Jurnalistlərlə əlaqələri daha da genişləndirmək, maarifləndirici tədbirləri işıqlandırmaları üçün bizlərə yardım etsinlər. görülən işlərə düzgün qiymət verilməsi, vətəndaşla bələdiyyə arasında haqlı narazılıqlar və digər xoşagəlməz hallara göz yummamalıyıq”.

 Sədr  yol verilmiş nöqsanlardan  da danışıb  və vurğulayıb ki,  biz bundan sonra çalışmalıyıq ki, bələdiyyə olaraq qanunsuz  hərəkətlərə yol verməyək: “Bu? bələdiyyə mingəçevirlilərindir. Ona görə də bizim qapımız hər bir mingəçevirlinin üzünə açıqdır. Ölkəmiz pandemiya bəlasından inanıram ki, qurtaracaq.  Şəhər İcra Hakimiyyətinin tapşırığı və nəzarəti ilə şəhər ərazisində dezinfeksiya işləri də mütəmadi olaraq həyata keçirilir. Vətəndaşların sosial rifah halının yaxşılaşdırılması, sağlamlıqlarının qorunması hər zaman Prezidentimizin diqqət mərkəzindədir. Biz də bələdiyyə olaraq bu işlərdə əhali arasında geniş maarifləndirici söhbətlər aparmalı, çalışmlıyıq ki, vətəndaşlarımız tibbi maskadan istifadə etməklə  sosia məsafəni qorusunlar, şəhərimizdə koronavirusun alovlanmaması üçün  tədbirlər görsünlər ,bu işlərdə bələdiyyə üzvləri də şəhər icra hakimiyyəti tərəfindən ayrılmış mobil qruplara qoşulmalı və yardımçı olmalıdırlar”.

Daha sonra bələdiyyə sədri qarşıda duran işlərdən və yeni həyata keçiriləcək layihədən danışıb.

Görüşdə iştirak edən jurnalistlər bəzi sahələrdə olan nöqsanlara  iradlarını bildirməklə yanaşı, təkliflərini də veriblər.

Esmira Hidayətova, Mingəçevir