Su təsərrüfatı və meliorasiya işçiləri peşə bayramlarını qeyd edirlər

0
116

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı və “Azərsu” Açıq Səhmdar cəmiyyətlərinin kollektivləri peşə bayramlarını qeyd edirlər.

“Su təsərrüfatı və meliorasiya işçiləri günü” Prezident İlham Əliyevin 2014-cü il 14 may tarixli Sərəncamı ilə təsis edilib və hər il iyunun 5-də qeyd olunur. Hər iki qurumun rəhbərliyi koronavirus pandemiyası ilə əlaqədar ölkəmizdə tətbiq olunan xüsusi karantin rejiminin tələblərinə əməl etməklə, iyunun 5-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyublar

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi yad edilib. azərtac