Qənirə Paşayeva teatrşünas-tənqidçi Anar Burcəliyevlə fikir mübadiləsi aparıb

0
594

Millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva teatrşünas-tənqidçi, Gəncə Dövlət Dram Teatrının ədəbi-hissə müdiri Anar Burcəliyevlə görüşərək, onunla geniş fikir mübadiləsi aparıb. Teatrşünas-tənqidçi Anar Burcəliyev ilk öncə səmimi qəbul üçün millət vəkili Qənirə Paşayevaya təşəkkürünü bildirirək, yeni nəşr olunan kitablarını ona təqdim edib.

Daha sonra region teatrlarında yaradıcılıq məsələləri, cari repertuar siyasəti, kadr potensialının çatımazlığı, eləcə də yeni gənc kadr heyətinin cəlb edilməsi, Bədii şuraların fəaliyyəti, rejissor və aktyor mübadiləsi və digər məsələlər ətrafında geniş söhbət aparılıb. Teatrşünas-tənqidçi Anar Burcəliyev müzakirə edilən məsələlər ətrafında təkliflərini millət vəkili Qənirə Paşayevanın diqqətinə çatdırıb.

Görüşdə Qənirə Paşayeva Anar Bürcəliyevin mədəniyyətimizin inkişafı ilə bağlı gördüyü işləri, xüsusilə teatr sahəsindəki elmi və ictimai fəaliyyətinin təqdirəlayiq olduğunu vurğulayıb. Qənirə Paşayeva teatrşünas-tənqidçi Anar Burcəliyevə gələçək işlərində uğurlar diləyib və Milli Məclisin Mədəniyyət komitəsi olaraq bu sahədə aparılan təbliğat və təşviqat sahəsində atılan bütün addımlarda uğurlu layihələri dəstəklədiyini bildirib.