Arif Məlikovun qəbirüstü abidəsi ucaldılıb

0
489

Azərbaycan musiqi sənətinin görkəmli nümayəndəsi, SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı, akademik Arif Məlikovun məzarı üstündə abidəsi ucaldılıb.

AMEA-dan bildirilib ki, abidə “A.C.Məlikovun xatirəsinin əbədiləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 17 may tarixli Sərəncamına əsasən qoyulub. Mərhum bəstəkarın ildönümü ərəfəsində ucaldılan qəbirüstü abidənin müəllifi Xalq rəssamı, akademik Ömər Eldarovdur.

Xatırladaq ki, Arif Məlikov 2019-cu il mayın 9-da vəfat edib. O, Fəxri xiyabanda dəfn edilib.