Naftalan daha bir ilkə imza atıb

0
63

 Əsasən Avropa və Amerika qitələrində müxtəlif yaş kateqoriyalarında böyük oxucu kütləsi qazanmış “Little Free Library” artıq Naftalan şəhər əhalisinin və turistlərin ixtiyarına verilib. Kitabxana www.littlefreelibrary.org Kitabxanalar reyistrinə düşərək unikal #100833 nişanı altında fəaliyyət göstərir. Əsas məqsəd kitaba daha çox maraq oyatmaq və əhalini maarifləndirməkdir. Mini kitabxana pulsuz fəaliyyət göstərir və günün istənilən saatında hər kəs ondan yararlana bilər.

Xatırladaq ki, “İ Love Naftalan” adlanan həmin bölmə regionda ilk dəfə məhz Azərbaycanda – kurort şəhəri Naftalanda açılıb. Kiçik kitabxanada Azərbaycan dili ilə yanaşı  rus, ingilis və türk dillərində hər yaşa uyğun kitablar sərgilənir.  Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə yaradılan bu kitabxananın fəaliyyətini yerli sakinlər və turistlər də yüksək qiymətləndirirlər.

Qeyd edək ki, koronavirus pandemisyası ilə əlaqədar hələ ki xarici turistlərin şəhərə gəlişi mümkün olmasa da, yerli turistlər kurort şəhərinə üz tuturlar.

Yeri gəlmişkən qeyd edək ki,  hazırda Naftlanda yeni sanatoriyaların tikintisi də davam etdirilir.

Esmira Hidayətova, Naftalan