Birinci qrup əlilə əlil arabası verilib

0
196

Bir müddət bundan əvvəl Mingəçevir şəhərinin sakini (S.Vurğun 6, mənzil 6), birinci qrup əlil Nizami Mustafayev əlil arabasına ehtiyacı olduğu ilə əlaqədar Mingəçevir Şəhər İcra Hakimiyyətinə müraciət etmişdi. Əlilin müraciəti müsbət qarşılanıb. Belə ki, bu gün Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun təşəbbüsü ilə Qızıl Aypara Cəmiyyətinin xətti ilə  Nizami Mustafayevə əlil arabası verilib. Bütün əzab-əziyyətləri sanki bir anda yox olan ailə bu humanist addıma görə  başçıya, eləcə də Qızıl Aypara Cəmiyyətinin əməkdaşlarına öz təşəkkürlərini bildirib.

Nizami Mustafayevin ailəsi imkansızdır. Ailəyə Ramazan bayramı günlərində icra hakimiyyəti tərəfindən  bayram sovqatı da təqdim olunmuşdur.

Esmira Hidayətova, Mingəçevir