Mingəçevirdə quruculuq işləri davam etdirilir

0
152


Mingəçevirdə Prezident İlham Əliyevin Sərəncamı ilə Koronavirus (COVİD 19) pandemiyasnın qarşısının alınması məqsədi ilə müvafiq tədbirlər həyata keçirilməkdə davam edir. Belə ki, mayın 4-dən ehtibarən şəhərin park və xiyabanlarında, istirahət məskənlərində operativ qərərgahın qərarına uyğun olaraq məhdudiyyətlər aradan götürülərək insanların sərbəst fəaliyyətinə şərait yaradılmışdır. Şəhər sakinləri tələb olunan qayda və tövsiyyələrə əməl etməklə öz işlərini yerinə yetirirlər. Şəhərdə kafe, restoran, çayxanalar və digər iaşə obyektləri müvafiq göstərişlərə uyğun olaraq fəaliyyətlərini qururlar.

 Mingəçevir şəhər İcra Hakimiyyətin göstərişləri əsasında küçə və məhəllələrin, parkların yaşayış binalarının, eləcə də idarə və müəssisələrin əraziləri dezinfeksiya olunaraq xüsusi nəzarətdə saxlanılır. Eyni zamanda Mərkəzi şəhər xəstəxanası həkimlərinin və tibb heyətinin karantin dövründəki fəaliyyətinə daha ciddi nəzarət edilir.

Bütün bunlarla yanaşı, may ayının 4-dən başlayaraq şəhərdə abadlıq-quruculuq işləri də uğurla davam etdirilir. Şəhərin Nəsimi, Puşkin, Aşıq Qurbani, Abdulla Şaiq və bir sıra digər küçələrində, həmçinin Tərəvəzçilik Sovxozu, Tingçilik və Günəşli yaşayış massivlərində yollar genişləndirilərək abadlaşdırılır və asfaltlanır, səkilərə bordürlər qoyulur. Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun bilavasitə rəhbərliyi ilə həyata keçirilən bu işlər şəhər sakinləri tərəfindən razılıq hissiylə qarşılanır. Qeyd etmək yerinə düşər ki, Energetiklər qəsəbəsindəki Abdulla Şaiq küçəsinin 3 və 5 nömrəli yaşayış binalarında əsaslı təmir işləri həyata keçirilir. Belə ki, binanın fasadları, blokları yenilənir, bloklarda sındırılmış şüşələr təzələnir, hər bloka ayrılıqda seyf qapıları qoyulur. Bu qəbildən olan işlər şəhərin digər qəsəbə və məhəlləərində də davam etdirilir.
Hazırda şəhərdə Dövlət Rəmzləri Muzeyinin, “Dostluq” parkı ərazisindəki Uşaq əyləncə mərkəzinin, mini futbol meydançasının, 200 nəfərlik örtülü səhnənin, musiqili fəvvarənin, şəhərin Xaldan şossesi tərəindən giriş hissəsində salınmış Nəsimi parkının tikintisi tamamlanmaq üzrədir.

Esmira Hidayətova, Mingəçevir