Dünya yeni böhranın astanasındadır

0
271
Beynəlxalq maliyyə bazarlarında əmtəə peşəkarı kimi tanınan ABŞ-lı sərmayəçi Jim Rogers, neft qiymətlərinin enerji gəlirlərinə ehtiyac duyan Rusiya və İranı cəzalandırmaq üçün qəsdən aşağı salındığını bildirib.
Məşhur sərmayəçi Rogers, brent neftinin iyun ayında gördüyü 115,67 dollar səviyyəsindən təxminən 40 dollar dəyərdən düşərək 76,74 dollara qədər geriləməsinin təsadüfi olmadığını, ABŞ və Səudiyyə Ərəbistanının, Rusiya və İran üzərində təzyiq yaratmaq üçün qiymətləri aşağıya saldığını söyləyib.

”ABŞ və Səudiyyə Ərəbistanı, Rusiya və İrana  təzyiq etməyə çalışır. Bu bəzilərini, xüsusilə Rusiya və İranı cəzalandırmaq üçün hazırlanmış süni bir oyundur. Bu şəkildə istədiklərini etdirə biləcəklərini düşünürlər”, – deyə Rogers bildirib.

Rublun ABŞ dolları qarşısında sürətlə dəyər itirməsinə, Ukraynada artan geo-siyasi gərginliyə və sərmayə mühitinin mənfi şəkildə təsir görməsinə qarşı Rusiyanın hələ də cazibədar bir bazar olduğunu qeyd edən Rogers, keçən həftə Rusiyanın ən böyük fosfat əsaslı gübrə istehsalçılarından “Phosagro”nun səhimlərindən bir qisimini satın aldığını bildirib. Jim Rogers, “Hazırda Rusiya şirkətlərinin səhmlərini satın alıram. Yaponiya və Çin kimi təzyiq altında olan bazarlardan səhm  alıram. Məsələn, Rusiyanın qabaqcıl şirkətlərindən biri olan “Phosagro”dan keçən həftə səhm aldım. Hazırda bu şirkətin idarə heyətindəyəm. Rusiya ilə əlaqədar son dərəcə optimistəm”,- şəklində danışıb.

 

Çoxdan gecikmiş yeni bir

maliyyə böhran var…

O, qlobal maliyyə böhranın başlamasından bu yana keçən 6 ildə lazımi addımların atılmadığını vurğulayaraq, qlobal iqtisadiyyatda önümüzdəki dövrdə yeni bir maliyyə böhranının yaşana biləcəyi proqnozunu verib. Rogers, “Ola biləcək bir maliyyə böhranı bəlkə 2015-in sonunda olmayacaq. Lakin nəticədə ortadadır, çoxdan gecikmiş yeni bir maliyyə böhran var. 2015-də ya da 2016-da bunu bir şəkildə yaşayacağıq. Çünki hələ də çox böyük miqdarda borc vardır”,- deyə danışıb.

72 yaşındakı ABŞ-lı sərmayəçi Rogers, ilk dəfə Corc Soros ilə “Quantum Hedge Fund”u qurub. Daha sonra Soros ilə yollarını ayırıb. 1998-ci ildə öz adını daşıyan Beynəlxalq Əmtəə İndeksini qurub. Hələ də “Rogers Holdinq”in İdarə heyətinin sədri olan məşhur fond idarəçisinin 28 ölkədə sərmayələri var. Rogers, köhnə ortağı Soros kimi dünya bazarlarına istiqamət verən ilk 5 ad arasında göstərilir.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here