Əzəmətli və bənzərsiz şəxsiyyət

0
257

Tarixdə elə dühalar var ki, onlara nəinki təmsil etdiyi xalqların taleyində, eləcə də dünya siyasətindən olduqca böyük missiyanı həyata keçirmək səadəti nəsib olub. Ümummilli liderimiz Heydər Əliyev də məhz belə tarixi şəxsiyyət, dünya siyasətinin mahir bilicisi idi. Azərbaycanın müasir tarixinin böyük bir mərhələsi, eləcə də müstəqil dövlətimizin dinamik inkişafı və dünyaya inteqrasiya prosesi onun adı və fəaliyyəti ilə bağlıdır.  Mingəçevir Heydər Əliyev  Mərkəzi işçiləri, Gənc Mədəniyyət Könüllüləri və Kreativ Qrup Üzvləinin birgə təşkilatçılığı ilə Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü ilə əlaqədar “Əzəmətli və Bənzərsiz Şəxsiyyət” mövzusunda keçirilən online tədbirdə bütün bunlar barədə ətraflı söz açılıb.

Onlayn tədbirdə çıxış edənlər Ulu Öndərin yürütdüyü düzgün siyasətinin nəticəsi olaraq ölkəmizdə həyatın bütün sahələrində canlanma baş verdiyini qeyd ediblər.  Onlar Ümummilli Liderin Azərbaycana rəhbərlik etdiyi ilk illərdən başlayaraq aparıcı istiqamətlərdən biri olmuş dövlət gənclər siyasəti barədə də öz fikirlərini bölüşüblər. Qeyd olunub ki, gənclərə göstərilən xüsusi diqqət və qayğı bu gün Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir.