Erməni vandalizmi nəticəsində Şuşada dini abidələr dağıdılıb

0
39

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Şuşanın işğalının 28-ci ildönümü ilə bağlı videokonfrans keçirilib.

Aİİ-dən bildirilib ki, videokonfransda institutun rektoru vəzifəsini müvəqqəti icra edən Aqil Şirinov 1992-ci il mayın 8-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan Azərbaycanın Şuşa şəhərinin Qarabağda strateji ərazilərdən biri olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, işğal nəticəsində Şuşa şəhəri və ətrafında yerləşən kəndlər dağıdılıb, dinc əhaliyə divan tutulub, minlərlə insan məcburi köçkünə çevrilərək öz yurdlarından didərgin salınıb. Erməni vandalizmi nəticəsində Şuşada dini abidələr, qəbiristanlıqlar dağıdılıb.

Aqil Şirinov vurğulayıb ki, bunları dünya ictimaiyyətinə çatdırmaq üçün hər bir vətəndaş əlindən gələni əsirgəməməlidir.

O, Şuşa şəhərindəki dini ibadətgahlar və mədrəsələr haqqında da bəhs edib. Bildirib ki, Şuşanın hər məhəlləsinin özünəməxsus məscidi olub. Şuşada Mirmövsüm Nəvvab kimi ziyalılarımız yetişib.

Videokonfransa qatılan müəllim və tələbələrlə fikir mübadiləsi aparılıb.