Mingəçevirdə onlayn şahmat turniri keçirilib

0
195

Bu gün Mingəçevir şəhər Gənclər və İdman İdarəsi və Uşaq Gənclər İdman Şahmat məktəbi yeniyetmə və gənclər arasında ulu öndər Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş  onlayn şahmat turniri keçirmişdir. Mingəçevir Gənclər və İdman idarəsi mətbuat xidmətindən saytımıza verilən məlumata görə, turnirdə 22 idmançı İsveçrə sistemi üzrə görüşmüşdür. Turnirdə Nihad Əhmədli  I yer, İlknur Əhmədov  II yerə, Nərmin Süleymanlı – III yerə layiq görülmüşlər.

Esmira Hidayətova, Mingəçevir