Ağdam musiqiçiləri karantin rejiminə riayət edən qocaları sevindiriblər

0
218

Ağdamlı köçkün musiqiçi müəllimlər  paytaxt da yerləşən Qocalar evində, karantin rejimində,  yaşadıqları məkandan kənara çıxa bilməyən 65 yaş üzərində olan ahıl yaşlı insanlara konsert proqramı  təşkil ediblər.

 Dövlət himayəsində olan yaşlı insanların görüşünə gedən Ağcabədi regional Mədəniyyət İdarəsinin əməkdaşları bir anlıq olsa da, onların ruhunu oxşaya biliblər.  Bilgəh qəsəbəsində yerləşən pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssəsində yaşayan ”Evdə qal“ prinsipinə əməl edən yaşlı insanlar eyvanlara çıxaraq qarabağlı musiqiçilərin təşkil etdikləri konsert proqramını alqışlarla qarşılayıblar.
Ağdam rayon,  Cabbar Qaryağdı oğlu adına 1 saylı köçkün uşaq musiqi məktəbinin kollektivinin rəhbəri Könül Kərimovanın təşkilatçılığı ilə keçirilən konsert proqramında  Elgiz Əliyev, Könül Xəlilzadə, Natiq Mustafayev, Kamran Həsənpur, Çingiz Əliyev, Namiq Mustafayev, Elgün Əliyev və Sədaqət Məmmədova iştirak ediblər. Yaşlı insanlar onlar üçün təşkil olunan bu gözəl konsert proqramından zövq aldıqlarını dilə gətriblər.


Qeyd  edək ki, ölkəmizdə karantin rejiminin tətbiqi ictimai mədəni fəallığın azalmasına deyil, əksinə artımına səbəb olub. Ayrı-ayrı müəssisə və təşkilatlar, ictimai qurumlar fərdi qaydada diqqət çəkən təşəbbüs və davranışları ilə əsl iradə, vətənpərvərlik nümayiş etdirirlər.

Esmira Hidayətova, Ağdam