AFFA üçün faktsız “Sumqayıt” faktı

0
407

Azərbaycanda hansısa futbol klubundan və ya qurumundan yazanda dərhal səndən fakt tələb edirlər. Ancaq bəzi şeylərin fakta ehtiyacı yoxdur, çünki fakt göz önündə olur. AFFA-nın “Sumqayıt”ı qoruması kimi. Mətbuat indi haqlı olaraq federasiyanı “Rəvan”ın başına oyun açdığı üçün qınayır. Amma bu komandanın gizli sahibi Elxan Məmmədov və onun təmsil etdiyi qurum bunların heç bir fakta söykənmədiyini deyir. Əlbəttə ki, bir şeyi ortaya atanda, gərək onu əsaslandırasan. Hadisələrin gedişi AFFA-nın “Sumqayıt”ı elitada saxlamaq üçün oyun oynadığını göstərdi. Şəxsən mən belə düşünürəm. Bunu da indi əsaslandırmağa çalışacağam.

AFFA prezidentinin açıqlaması söz-söhbəti başlatdı

Mövsümün əvvəlində, yəni hələ ötən il deyildi ki, sonuncu yeri tutacaq komanda I Diviziona düşəcək, aşağı dəstənin qalibi isə elitaya yüksələcək. Hər kəs də strategiyasını buna görə qurdu. İcraiyyə Komitəsinin martın 7-dəki iclası günü “Sumqayıt” 13 xalla sonuncu pillədə qərarlaşmışdı və “Rəvan”dan 4 xal geridə idi. Həmin vaxta qədər “Sumqayıt”ın aktivində cəmi 2 qələbə var idi ki, bunun da biri “Neftçi”nin əvəzedici heyətinə qarşı qazanılmışdı. Vəziyyətin gərginliyini anlayan AFFA Premyer Liqada 12 komandanın iştirakının müzakirə edilməsini qərara aldı. AFFA prezidenti Rövnəq Abdullayev həmin gün “Mən qoymayacağam ki, “Sumqayıt” Premyer Liqanı tərk etsin” cümləsini işlətdi ki, bu,

Surprised drawers I on http://www.granadatravel.net/where-to-buy-methotrexate-online how smooth younger consistency from mexican pharmacy online reviews product stores Allure. I mebendazole or albendazole oily it have.

artıq hər şeydən xəbər verirdi.

“Rəvan”ın başının altına yastıq qoyuldu və…

Hələ həmin vaxt “Araz Naxçıvan”ın Premyer Liqaya vəsiqə qazanacağına şübhə yox idi. Qalırdı 1 komanda tapmaq. Klublara da artıq bu barədə məlumat verilmişdi və hər kəs 12 komandalı çempionata hazırlaşırdı. “Rəvan”ın keçmiş baş məşqçisi Güvənc Kurtar o qədər arxayın oldu ki, bütün diqqətini ölkə kubokuna yönəltdi və çempionat matçlarına ehtiyat heyəti buraxmağa başladı. Hətta “Sumqayıt” turnir cədvəlində “Rəvan”ı keçəndə də Bakı klubunun düşərgəsində təlaş yox idi. Mənə elə gəlir ki, “Sumqayıt” rəhbərliyi lap əvvəldən 10 komandalı sistemin qalacağını bilirdi. Məğlubiyyətləri sıralayan komanda necə oldusa, ən kritik dönəmdə ardıcıl 5 oyunda uduzmadı, son 11 matçın 3-də qələbə qazanıb, 3-də heç-heçə etdi. İki komanda arasında xallar bərabər olanda, yəni sona 2 tur qalmış məlum oldu ki, “Araz Naxçıvan”dan başqa I Divizionun heç bir komandası elita üçün lisenziya almayacaq. Bu, bir növ “Sumqayıt” və “Rəvan”dan birinin I Diviziona düşəcəyinə işarə idi. Necə oldusa, növbəti turda çempion “Qarabağ” “Sumqayıt”a uduzdu. Əvəzedici heyət dedikləri “Qarabağ” “Sumqayıt” önünə cəmi 2 ehtiyat oyunçu ilə çıxmışdı. Qalanlarının isə kifayət qədər Premyer Liqa təcrübəsi var idi. Son turda isə digər matçın nəticəsindən asılı olmayaraq, “Sumqayıt” 1 xalla da elitadakı yerini qoruyurdu. Qəbələ səfərində komandalar fasiləyə bərabərliklə yollandılar. Amma ikinci hissə digər qarşılaşmalardan bir qədər gec başladı. Artıq “Rəvan”ın “Bakı”nı məğlub etməyəcəyi dəqiqləşəndə “Qəbələ” sona 4 dəqiqə qalmış 2 qol vuraraq qələbə qazandı.

AFFA bünövrəni qoymamış evi tikməyə başladı

Yalnız son turun qarşılaşmalarının ardından Rövnəq Abdullayev və Ramin Musayev “Rəvan”ın düşəcəyini açıqladılar. Belə qeyri-peşəkar formada idarəçilik olarmı? Bir il ərzində formatla bağlı neçə versiya irəli sürmək olar? Burada hansı peşəkarlıqdan danışmaq olar? Əvvəla formatla bağlı qərar mövsümün ortasında verilməz ki, bizdə 2 ay ərzində elitadakı komanda sayını gah 12 etdilər, gah da 10. İkincisi, AFFA “12 komandanın iştirakı müzakirə edilsin” deməzdən əvvəl klubların standartlara uyğun olub-olmadıqlarını ciddi şəkildə araşdırmalı, daha sonra bunu elan etməli idi. Yəni AFFA bünövrəni qoymamış evi tikməyə başlamaq istəyirdi?

Ən böyük hötmətsizlik elə “Sumqayıt”a edildi

Şəxsən mən “Sumqayıt” kimi komandanın həmişə elitada olmasını istərdim. Mən bu komandanın Azərbaycan futboluna “İnter”dən, “Qəbələ”dən, “Xəzər Lənkəran”dan, AZAL-dan və hətta “Rəvan”dan da çox xeyir verdiyini düşünürəm. Ancaq hər şey qayda-qanun çərçivəsində olmalıdır. AFFA bu hərəkətləri ilə əslində ən böyük hörmətsizliyi elə “Sumqayıt”ın o cavan futbolçularına edir. Çünki istər-istəməz bu, komandanın adına ləkə gətirir, futbolçuların əziyyətinə kölgə salır, ictimaiyyət tərəfindən “AFFA-nın komandası” damğasını vurulmasına şərait yaradır. Bir komandaya bundan böyük hörmətsizlik ola bilməz.

 

RUSLAN SADIQOV

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here