Mingəçevirdə koronavirusla bağlı canlı debat keçirilib

0
128

 

 Mingəçevir Gənclər və İdman İdarəsinin, Mingəçevir Gənclər Evinin, Mingəçevir Dövlət Universitetinin, “Vətəndaş Cəmiyyətində Debat” İB-nin, Mingəçevir Regional Debat Mərkəzinin və “Gələcək Gənclərlə Gələcək” GİB-nin birgə təşkilatçılığı ilə Milli Debat Proqramı çərçivəsində MDU tələbələrinin iştirakı ilə “Koronavirusun yayılma risklərinin azaldılmasında dövlət əsas faktordur” mövzusu ətrafında “ZOOM” platforması üzərindən regionlarda ilk dəfə olaraq canlı debat keçirilib.

Online keçirilən debatda çıxış edənlər – Mingəçevir Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli, Mingəçevir Gənclər Evinin əməkdaşı Samrin Xanlayev, Mingəçevir Dövlət Universitetinin prorektoru Rövşən Əliyev, Pedoqoji fakültənin dekanı Nizami Zeynalov, Mingəçevir Regional Debat Mərkəzin sədri Etiram Sadıqzadə hazırkı vəziyyətdə müxtəllif platformalar üzərindən keçirilən fəaliyyətlərin əhəmiyyətinə toxunaraq bu kimi tədbirlərin vacibliyindən danışıblar.

Qeyd edək ki, canlı debatların hər həftə mütəmadi olaraq keçirilməsi planlaşdırılır.

Esmira Hidayətova, Mingəçevir