“Eyvana çıx”anlar ağdamlı musiqiçiləri alqışladılar

0
199

Ağdamlı köçkün musiqiçi müəllimləri  paytaxt  sakinləri üçün “Eyvana çıx” adlı konsert proqramı təşkil edib. Belə ki, Ağcabədi rRgional Mədəniyyət İdarəsi Ağdam Rayon Cabbar Qaryağdıoğlu adına 1 saylı uşaq musiqi məktəbinin direktoru  Könül Kərimovanın rəhbərliyi ilə Elgiz Əliyev, Könül Xəlilzadə, Natiq Mustafayev, Fatimə Baxışova və Namiq Mustafayev Baki şəhər Nizami rayonunda konsert proqramı çıxış edib.


Bununla da ağdamlı musiqiçilər öz ifaları ilə hündürmərtəbəli binalarda yaşayan şəhər sakinlərinə karantin rejimi dönəmində xoş anlar yaşadıblar. “Evdə qal” prinsipinə əməl edən bina sakinləridə öz eyvanlarına çıxaraq ifaçıları alqışlarla qarşılayıblar. 
Qeyd edək ki, ölkəmizdə karantin rejiminin tətbiqi ictimai mədəni fəallığın artımına səbəb olub. Ayrı-ayrı müəssisə və təşkilatlar, ictimai qurumlar fərdi qaydada diqqət çəkən təşəbbüs və davranışları ilə əsl iradə, vətənpərvərlik nümayiş etdirirlər.

Esmira Hidayətova, Ağdam