200-400 arasında Azərbaycan vətəndaşının ölkəyə gətirilməsi nəzərdə tutulub

0
41

Azərbaycanda müsbət koronavirus testlərinin 20 faizi Rusiyadan gələn vətəndaşlarda aşkarlanıb.

Bunu aprelin 16-da Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Prezidentin köməkçisi bildirib ki, xaricdə yaşayan vətəndaşların quru yolla və çarter reysləri vasitəsilə gətirilməsi məsələləri müzakirə olunur. Rusiyadakı vətəndaşlarımızın Azərbaycana gətirilməsində növbəlilik yaradılması üçün “Evə gedirəm” portalı yaradılıb. Qarşıdakı günlərdə portal aktiv fəaliyyətə başlayacaq. Rusiyadakı soydaşlarımız bu portalda qeydiyyatdan keçəcək və onların növbəlilik ardıcıllığı ilə müəyyən qruplar şəklində ölkəyə keçməsi təmin olunacaq. 200-400 nəfər arasında Azərbaycan vətəndaşının ölkəyə gətirilməsi nəzərdə tutulub. Portal fəaliyyətə başladıqdan sonra 5 gün ərzində müraciətlər qəbul ediləcək. Sonrakı 5 gün portalın fəaliyyəti dayandırılacaq və növbəlilik ardıcıllığı ilə ölkəyə qayıdış təmin olunacaq.