Mingəçevirdə yaşı 65-dən yuxarı olan 450 tənha qocaya ərzaq yardımı edilib

0
106

Bu gün Azərbaycan dövləti dünyada tüğyan edən koronavirus (COVID-19) infeksiyasının ölkədə geniş yayılmasının qarşısının alınması, insanların sağlamlığının qorunması ilə bağlı məqsədyönlü və təxirəsalınmaz tədbirlər həyata keçirən ölkələr sırasında dayanır. Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən görülən işlər, verilən qərar və tapşırıqlar bir daha onu göstərir ki, Azərbaycanda vətəndaşların sağlamlığı, təhlükəsizliyi daim diqqət mərkəzində saxlanılır.
Dövlət başçısının ölkəmizdə koronavirus pandemiyasına qarşı mübarizə məqsədilə verdiyi qərarlar,  xüsusilə də “Biz birlikdə güclüyük” çağırışı isə bu gün hər birimiz üçün örnəkdir. Vətəndaşlarımız tərəfindən böyük rəğbətlə qarşılanan bu çağırış ölkə başçısının xalqımıza qayğısının daha bir bariz nümunəsidir.

Respublikamızın hər yerində olduğu kimi, Mingəçevir şəhərində də koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkəmizdə tətbiq edilən xüsusi karantin rejimi qaydalarına ciddi əməl olunmaqla “Evdə qal!” kampaniyası çərçivəsində müxtəlif xeyriyyə tədbirləri həyata keçirilir.

Həyata keçirilən tədbirlər çərçivəsində Mingəçevir şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə bu gün 450 nəfər yaşı 65-dən yuxarı olan tənha qocalara  müxtəlif  ərzaq məhsullarından  ibarət   bağlama verilib. Bu işlər davamlı olaraq  az təminatlı ailələr də şamil ediləcək və onlara da ərzaq bağlamaları veriləcək. 

Esmira Hidayətova, Mingəçevir