TƏBİB koronavirusla bağlı son vəziyyəti açıqlayıb

0
124

TƏBİB Azərbaycanda koronavirusla bağlı aprelin 12-nə olan statistik göstəriciləri açıqlayıb.

Məlumatda dünən gün ərzində Azərbaycanda koronavirusla bağlı 3000 test edildiyi bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 66667 test aparılıb. //Report.az

Xatırladaq ki, dünən Azərbaycanda koronavirusa 40 yeni yoluxma faktı qeydə alınıb. Ölkədə ümumilikdə koronavirusa 1 098 yoluxma aşkarlanıb. Xəstəliyə yoluxanlardan 250-i sağalıb, 11-i ölüb. Hazırda aktiv xəstə sayı 837-dir.