Azərbaycanda daha 105 nəfər koronavirusa yoluxub

0
56

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına daha 105 yoluxma faktı qeydə alınıb

Bu barədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

İbrahim Məmmədov ölkədə yoluxma hallarının davam etdiyini diqqətə çatdırıb.

Hazırkı dövrədək ölkəmizdə 822 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 63 nəfəri müalicə olunaraq sağalıb, 8 nəfər vəfat edib, 751 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 33 nəfərin vəziyyəti ağır, 47 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.