Mingəçevirli könüllünün təqdirəlayiq aksiyası

0
298

Mingəçevirdə yaşayan könüllü Mirasim Yunisov ölkədə koronavirus (COVİD-19) infeksiyası səbəbindən  öz evindən çıxa bilməyən və maddi baxımdan çətinliklə üzləşən ailələrin ərzaq ehtiyaclarını ödəmək məqsədi ilə yardım aksiyasına start verib. Belə ki, Mirasim artıq bir neçə gündür ki, yardıma ehtiyacı olan ailələrin ünvanlarına yollanır, onlara öz yardımını təklif edir.  Bu gün isə  Mingəçevirdə yaşayan  4 aprel şəhidinin ailəsini ziyarət edib onlara ərzaq bağlamaları təqdim edib.

Qeyd edək ki, Mirasim  Yunisov karantin müddəti bitənə qədər hər gün ehtiyacı olan ailələri çörəklə təmin edəcəyini  və gücü çatan ərzaq bağlamaları da daxil olmaqla öz xeyirxahlıq missiyasını həyata keçirəcəyini bildirib. Şəhid atası Oruc Əhmədov onun bu addımını təqdirəlayiq aksiya kimi dəyərləndirib.

Esmira Hidayətova, Mingəçevir