Hər yer, hər obyekt nəzarət altındadır

0
93

Mingəçevirdə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejiminin qaydalarının təmin olunması istiqamətində tədbirləri davam etdirir. Belə ki, Mingəçirdə xüsusi karantin rejiminin tələblərinin icrasına nəzarət məqsədilə mobil qruplar yaradılıb. “Evdə qal” aksiyasında qrup üzvləri təhkim olunduğu ərazilərdə olan insanlar arasında koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması, karantin rejminin yerinə yetirilməsinə nəzarət, habelə fərdi izahetmə-xəbərdarlıq işini aparırlar. Onlar vətəndaşları ehtiyac olmadıqda evdən çıxmamağa çağırır, xüsusi karantin rejiminin digər tələblərinin yerinə yetirilməsinə dəvət edirlər.

Bundan başqa, Minəçevir şəhər  Dezinfeksiya Stansiyasının mütəxəssisləri tərəfindən demək olar ki, hər yer gündə 2 dəfə desinfeksiya olunur. Şəhər sakinləri – Leyla Əsgərova, Dəyanət Cəfərov, Zaur İsmayılov, Ziya Piradov və digər şəxslər məlum vəziyyətlə əlaqədar görülən bu işləri yüksək qiymətləndiriblər. 

Esmira Hidayətova, Mingəçevir